Bakı S., N.Nərimanov r., Əhməd Rəcəbli küç.,“Yusif” Plaza 7-ci mərtəbə +994 55 743 23 33 , +994 50 241 42 89 office@univent.az

Buxarli İsi̇tmə

Buxarlı isitmə, isitmə növlərindən biridir. Buxarlı isitmə sistemi 100 ildən çoxdur məlumdur və geniş şəkildə istifadə olunur. Bu sistemdə digər isitmə sistemlərindən fərqli olaraq istilik daşıyıcIsI su buxarıdır.

Buxarlı isitmə sisteminin üstünlüyü, yüksək surət, təzyiq və daha kiçik diametrli borularla istiliyin daha uzaq məsafələrə ötürülməsinə nail olmaqdır. Buxarlı isitmə sistemi növ etibarilə açıq və qapalı olur. Açıq sistemdə kondensat qazana nasos vasitəsilə qayıdır. Qapalı sistemdə isə yaranmış kondensat qazana qravitasiya gücü və boruların texnoloji əyilməsi vasitəsilə geri axır.

Buxarlı isitmə sistemi aşağı təzyiqli (100 ka/m2-dən 170 ka/m2-ə qədər), yüksək təzyiqli (170 kq/m2-dən 600 ka/m2-ə qədər) və vakum-buxarlı (1 kq/m2-ə qədər) olur. Bu bölünmə təsadüfi deyil və sistemin bir çox texniki özəlliklərindən asılıdır. Məsələn, boruların qazandan ən uzaq radiatora qədər olan uzunluğundan.

Boruların çəkilməsi 1 borulu və ya 2 borulu olur. 1 borulu sistemdə həm buxar, həm kondensat eyni borudan keçir. 2 borulu sistemdə isə bir borudan buxar keçir, digər borudan isə kondensat qazana geri qayıdır.

Müasir dövrdə ən çox 2-borulu sistem istifadə olunur, çünki bu sistem ventil vasitəsilə temperaturu tənzimləməyə imkan verir .

Buxarlı isitmə sistemində aşağıda qeyd olunan yanacaq növlərindən istifadə olunur: Sərt yanacaq (odun, kömür), Mayeşəkilli (mazut, dizel), Qaz (təbiiqaz) .

Buxarlı isitmə sisteminin üstünlükləri:

  • Məkanınqısazamanda qızdırılması;
  • Çoxmərtəbəli obyektləri qızdırma imkanı (buxar, yüngül olduğu üçün, istənilən hündürlüyə qalxa bilir və soyuyarkən kondensata çevrilir və qazana geri axır. Beləliklə, nasos kimi əlavə avadanlığın quraşdırılmasına ehtiyacqalmır) ;
  • Yanacağa qənaət (yüksək istilik verimliliyi sayəsində) ;
  • Dahaucuzmaterillar;

© 2025 Univent.az. Bütün hüquqlar qorunur.